C.K. Yakobsen C.K. Yakobsen

C.K. Yakobsen

İntibah dövrünün nümayəndəsi. Təsisçi. Uzaqgörən mütəfəkkir.

Özünü hərtərəfli inkişaf etdirmiş şəxsiyyət.

İnkişaf etməyə və ehtimal ki, pivəyə sonsuz həvəsi ilə intibah dövrünün həqiqi nümayəndəsi olan C.K. Yakobsen 1811-ci ildə doğulub və ilk pivəsini indiki dövrdə evində pivə hazırlayan əksər insan kimi zirzəmisində hazırlamağa başlayıb. O, 1847-ci ildə 36 yaşında Kopenhagen şəhərindəilk kommersiya məqsədli pivə zavodunu açıb. Elmə dərin inamla yanaşan, C.K.Yakobsen öz biliklərini digər pivəbişənlərlə paylaşırdı. O, musiqini və incəsənəti sevib və dəstəkləyirdi, siyasət və cəmiyyət həyətında yüksək səviyyədə iştirak edirdi.

Bəs "Carlsberg" kimdir?

Bu sualı çox insan verir. C.K. Yakobsen zavodun adını oğlu Karlın adından ("Carl") və zavodun yerləşdiyi təpədən ("bjerg" Danimarka dilində təpə deməkdir) götürüb. Biz hələ də velosipedimizlərimizlə həmin təpəyə çıxırıq.

Pivə Bölüşməq üçündür.

1875-ci ildə C.K. Yakobsen gözlənilməz bir addım atdı. O, ilk sənaye araşdırmaları laboratoriyasını açdı. Bu, ona və"Carlsberg" zavoduna tədqiqat elmi və innovasiya sektorunda şöhrət qazandırdı. O, daha da inqilabi addım ataraq laboratoriyada kəşf edilən hər şeyi pulsuz şəkildə paylaşmağa başladı. Hətta 1988-ci ilə qədər "Carlsberg» maya istəyən hər kəsə öz dayırmanından maya paylayırdı. Üstəlik, o, bunu digər pivə istehsalçıları ilə də paylaşırdı. Ceykob Kristianın sözləri ilə desək, rəqiblərdən qorxmağınıza ehtiyac yoxdur, əgər Siz, çox güman ki, dünyanın ən yaxşı pivəsini istehsal edirsiniz.

Alicənablıq.

C.K. Yakobsenin məramı dərhal mənfəət əldə etmək deyil, mükəmməl pivə hazırlamaq idi. Digər pivə istehsalçıları onun qiymətləri aşağıda tutaraq bazara mənfi təsir etdiyindən tez-tez şikayətləndirdilər. C.K. Yakobsen isə cavabında onun vəzifəsi mümkün qədər keyfiyyətli və ucuz pivə ihtesal etməkdir və heç bir gəlir qazanmasa belə, bunu davam edəcəyini bildirirdi.

İnkişafın şərəfinə.

C.K. Yakobsen vaxtaşırı olaraq nahar qonaqlığı verərək dövrünün ən parlaq mütəfəkkirlərini dəvət edərdi. Alimlər, rəssamlar, yazıçılar, o cümlədən H.K. Andersen, aktyorlar və musiqiçilər Yakobsenin açdığı süfrənin ətrafına toplaşaraq doqquz cür təamdan zövq alar və müxtəlif fikir mübadilələri aparardılar. Belə güman edilir ki, məhz 1876-cı ildə təşkil edilən bu qonaqlıqlardan birində indiyə kimi fəaliyyət göstərən Carlsberg Fondunun əsasını qoymaq Yakobsenin ağlına gəlib. Bundan sonra o, öz dividentlərini incəsənət, elm və mədəniyyətin təşviqinə xərcləməyə başladı.