Carlsberg Tədqiqat Laboratoriyasının vitse-prezidenti Bircitte SadhauqeBircitte Skadhauqe

Bircitte Skadhauqe

"Bura sanki pivə universitetidir".

Hər şeylə maraqlanmaq bizim genlərimizdə var.

"Mən "Carlsberg" şirkətinin tədqiqat laboratoriyasına rəhbərlik etməkdən qürur duyuram. Biz burada pivə hazırlamağın yeni və daha yaxşı yollarını tapmağa çalışırıq. Biz dünyada bu qədər sayda alimlə çalışan yeganə pivə zavoduna sahibik. Onlar hər gün düşünür, pivə hazırlayır və araşdırmalar aparırlar. Biz pivə hazırlanması elmi və incəsənətini bir şüşənin içərisində birləşdiririk. 5000 il yaşı olan məhsula yenilik gətirmək çətindir, ancaq əgər pivənin hər bir molekulunu və arpanın hər bir genini gördükdə başa düşürsən ki, daha yaxşı pivə hazırlamaq üçün hələ də sonsuz sayda imkan mövcuddur." Bu sözləri Carlsberg Tədqiqat Laboratoriyasının vitse-prezidenti Bircitte Sadhauqe deyib.

Dünyanın ilk sənaye laboratoriyası.

"Bu, sizə müasir dövrə aid fikir kimi gələ bilər, ancaq biz 143 ildir ki, bu cür düşünürük. O zaman, biz dünyanın ilk sənaye məqsədli laboratoriyasını yaratmışıq. Təbii maraq və təşəbbüskarlıq bizi irəliyə aparmağa davam edir. Bu yaxınlarda, 1883-cü ilin orijinal resepti əsasında pivənin yenidən hazırlanması layihəsinə başlayan zaman, keçmiş pivə bişirən və alimlərimizin hərtərəfli qeydləri bizə yol göstərdi. Onların keyfiyyətə düşkünlüyü və sadiqliyi bu illər ərzində bizim üçün ilham mənbəyi oldu. Onların başlatdığı təşəbbüskarlıq işini davam etdirmək bizim üçün imtiyazdır."

Qalmaq üçün pivə kifayət edər.

“Belə ki, həmkarlarımızın üzləşdiyi çətinliklər bu günkü dövrdən fərqli idi. Dünyanın, çox güman ki, ən yaxşı pivəsini hazırlamaqla yanaşı, biz bu gün həm də öz sevimli içkimizdən zövq ala biləcəyimiz dünyanı daha yaxşı yerə çevirmək üçün fəal şəkildə çalışırıq: Pivənin hazırlanması prosesi boyunca tullantıların həcmini azaltmaq, su sərfiyyatının səviyyəsini aşağı salmaq və ətraf mühiti qorumaq üçün nələr edə bilərik? Sözsüz, bu, bizdən öncəkilərin çalışqanlığı və təşəbbüskarlıq ruhuna sadiq qalmaqla mümkündür! Bəzi şeylər heç vaxt dəyişmir”.

Dəyişiklik iqlimi.

“Biz hazırda iqlimə uyğunlaşa bilən, xəstəliyə davamlı məhsullar əldə etmək üçün xüsusi xarakteristikası olan yeni arpa növləri yetişdiririk. İsti  və ya quraqlıq kimi ekstremal hava şəraitlərinə davamlı olan bitkilər fermerlərin stabil məhsul əldə etməklə yanaşı, resurslara qənaət etmələrinə şərait yaradır. Xəstəliklərə qarşı davamlı olan arpa növlərinin yetişdirilməsi həşərat dərmanlarına tələbatı azalda bilər ki, bu da fermerlər, istehlakçılar və ən əsası isə, ətraf mühit üçün faydalı olacaqdır”.

Yaxşı yetişdirilmiş bitkilərdən hazırlanan pivə.

“Biz həmçinin pivə hazırlamaq üçün daha yaxşı olan arpa növlərini yaradırıq. Bu proses zamanı, əlbəttə, geni dəyişdirilmiş orqanizmlərdən istifadə etmirik, daha çox onilliklər boyunca həm arpa, həm də mayanın yetişdirilməsində istifadə etdiyimiz ənənəvi proqramı davam etdiririk. Əslində, son dövrlərdə biz arpa geninin düzülüşünü müəyyən etmişik və hazırda mayaotunda eynisini etməyə başlayırıq. Daha yaxşı pivə əldə etmək üçün çıxdığımız bu yolda bizə məlum olmayanları öyrənməyə çalışırıq”.